AZ

Əli Mirəliyevin efirdə “Az” deyə müraciəti aparıcı Mətanəti ƏSƏBİLƏŞDİRDİ - VİDEO

Aparıcı Mətanət Əliverdiyeva efirdə kobud danışıq tərzinə görə müğənni Əli Mirəliyevə iradını bildirib. 

Bizim.Media xəbər verir ki, hadisə “Xəzər axşamı” verilişində yaşanıb.  

Mətanət Ə.Mirəliyevi studiyaya dəvət edəndən sonra onu sorğu-suala tutub. Müğənni isə aparıcıya “Az”, arxasınca “Ay qız” deyə müraciət edib. Bunu eşidən Əliverdiyeva Mirəliyevə barmaq silkələyərək “Mən nə “Az”, nə də ki “Ay qız”am. Mən Mətanət xanımam. “Az” ən nifrət etdiyim sözdür” cavabını verib. 
Gərginliyi yumşaltmaq üçün müğənni “Az” sözü bakılıların sözüdür. Onlar hər dəqiqə bu sözü deyirlər” deyib. Lakin aparıcı “Mənim əhatəmdə o qədər bakılılar var ki... Amma onlar mənə “Az” deyə müraciət etmirlər” söyləyək qarşı tərəfin jarqon ifadəsinə etiraz edib. 
Əli Mirəliyev isə Mətanətdən üzr istəyib.  
 

Rəşad Əliyev, Bizim.Media
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
169
50
bizim.media

10Mənbələr