AZ

Azərbaycanda kartlarla aparılan ölkədaxili nağdsız ödənişlərinin həcmi 80 %-dən çox artıb - AMB-nin sədr müavini

Bu ilin aprelin 1-ə Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 22 %-dən çox artaraq 17,4 milyon olub.

Fins.az xəbər verir ki, bunu Bakıda keçirilən “Fintex Sammit 2024 (Maliyyə və Texnologiyalar Sərgisi)” tədbirində Azərbaycan Mərkəzi Bankı sədrinin I müavini Rəşad Orucov deyib.

R.Orucovun sözlərinə görə, cari ilin birinci rübündə kartlarla aparılan ölkədaxili nağdsız ödənişlərinin həcmi 80 %-dən çox artaraq 16 milyard manatı keçib:

"Ölkədaxili kart ödənişlərinin nağdsız dövriyyənin xüsusi çəkisi ötən illə müqayisədə 11 %-ə yaxın artaraq 62 faizə bərabər olub".

Qeyd edək ki, “Fintex Sammit 2024 (Maliyyə və Texnologiyalar Sərgisi)” 2 gün davam edəcək. Belə ki, Sammit “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex və Təhlükəsizlik” mövzusunda 15-16 may 2024-cü il tarixlərində Bakıda keçiriləcək. Forum Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Maliyyə Monitorinqi Xidməti, Azərbaycan Fintex Assosiasiyasının dəstəyi ilə keçirilir.

Fuad Mədətov
Fins.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
fins.az

1Mənbələr