AZ

Rusiyadan kapital axını yenidən sürətlənib

Yazını böyüt
Yazını kiçilt

Rusiyada ilin birinci rübündə kapital axını 28 milyard dollar olaraq hesablanıb.

Hafta.az-ın “İzvestiya”ya istinadən yazdığına görə, Ali İqtisadiyyat Məktəbinin araşdırmasında deyilir ki, sözügedən məbləğ xarici banklarda hesabı olan fiziki və hüquqi şəxslərin həyata keçirdikləri qanuni əməliyyatlardan ibarətdir.

Ekspertlərin fikrincə, kapital axınının səbəbi ixracdan gələn valyuta gəlirlərinin Rusiyaya gətirilməsindəki çətinliklərdir.

2023-cü ilin dörd rübündə kapital axınının 62 milyard dollar səviyyəsində olduğunu xatırladan qəzet, 2024-cü ilin birinci rübündəki yüksək çıxışa diqqət çəkir.

ABŞ administrasiyası 2023-cü ilin sonunda Rusiya ilə iş aparan banklara sanksiyalardan yayınmamaq üçün xəbərdarlıq etmişdi. O vaxtdan bəri Rusiya şirkətləri Çin, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərində banklar vasitəsilə edilən köçürmələrlə bağlı problemlər yaşayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
hafta.az

1Mənbələr