AZ

Biləsuvarda ağır qəza - ölən və yaralananlar var

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə Biləsuvar-Bəhramtəpə yolunun Ağayrı kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində bir nəfər ölüb, iki nəfər isə yaralanıb. Yaralılar rayon xəstəxanasına çatdırılıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
192
12
ucnoqta.az

10Mənbələr