AZ

“Rusiya: Qarabağ oyununda uduzan tərəf- Azərbaycan Putini Qafqazda necə tərksilah etdi?”

İranın “Eghtesad News” saytı  Azərbaycanın Cənubi Qafqazda necə liderliyi nail olduğundan yazıb. Müxalif İran aytı Azərbaycanın qələbələrini tarixi qələbə kimi dəyərləndirib. Vətəninfo.az xəbər verir ki, İran saytı Azərbaycan -rusiya münasibətlərini dəyərləndirərək qeyd edib ki, Azərbaycan Rusiyanı sıxışdıraraq Cənubi Qafqazdan çıxara bilib.

Sayt yazır: “Qarabağ müharibəsi və Rusiyanın Ukraynaya müdaxiləsi Moskvanı Qafqazda və Qarabağda tərksilah edib. İndi müşahidəçilərin fikrincə, Kreml Bakıdan əldə etdiyi imtiyazları saxlaya bilmək üçün Azərbaycanın qarşısında təslim olmalıdır.
Azərbaycan postsovet məkanında qeyri-mümkün hesab edilən bir şeyə nail ola bilib: Rusiya sülhməramlı qüvvələrinin vaxtından əvvəl çıxarılması və görünür, Moskvanı qəzəbləndirmədən. Hətta sülhməramlılar Qarabağ bölgəsini tərk edərkən; hansı ki, 2023-cü ildə Ermənistanla bir günlük müharibədən sonra Bakı tərəfindən geri qaytarılarkən Azərbaycan Prezidenti İlham Əliyev Moskvada səfərdə idi.
Həmin vaxt nə Rusiya rəsmiləri, nə də Kremlin təbliğat mediası Bakını Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaqda ittiham etmədilər. Əvəzində onlar Ermənistanın baş naziri Nikol Paşinyana 1991-ci il Azərbaycanın sərhədlərini tanımadığına və Brüssel və Vaşinqtona həddən artıq güvəndiyinə görə meydan oxudular.
Bununla belə, Bakı və Moskva arasındakı isti ritorika o demək deyil ki, iki aktor indi yaxın müttəfiqdir. Azərbaycan və Rusiyanın yanaşması onu göstərir ki, Kreml Qarabağ probleminin artıq həll olunduğunu anlayıb və Azərbaycanla münasibətlərinə xələl gətirmək istəmir…”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
50
veteninfo.az

10Mənbələr