AZ

Bayden nüvə bazasının yanındakı Bitcoin mədənini bağladı

Yazını böyüt
Yazını kiçilt

ABŞ Çinlə əlaqəli kriptovalyuta şirkəti tərəfindən Amerika hərbi bazasının yanında qurulan Bitcoin mədənini bağlayır.

Hafta.az-ın yazdığına görə, ABŞ prezidenti Co Bayden Vayominq ştatında F.E.Uorren Hərbi Bazasının yaxınlığında fəaliyyət göstərən Çinlə əlaqəli Bitcoin mədən şirkəti MineOne-un obyektinin bağlanmasına göstəriş verib. Dünən Ağ Ev tərəfindən edilən açıqlamada kriptovalyuta obyektinin Çeyen bölgəsindəki bazaya yaxın yerləşdiyi üçün "ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaratdığı" iddia edilib.

Açıqlamada ABŞ Hərbi Hava Qüvvələrinə aid bazada nüvə başlıqlı qitələrarası raketlərin olduğu, Çin şirkətinin mədən avadanlıqlarının oradan məlumat oğurlamaq üçün istifadə oluna biləcəyi deyilib.

Baydenin göstərişinə əsasən, şirkətə avadanlıqlarını obyektdən çıxarmaq üçün 90 gün, torpağı köçürmək və ya satmaq üçün isə 120 gün vaxt veriləcək.

Ağ Evin açıqlamasında, şirkətin bazadan təqribən 1,6 kilometr uzaqlıqdakı ərazini 2022-ci ilin iyun ayında aldığı və daha sonra orada kriptovalyuta mədəni qurduğu bildirilib.

Torpaqların satışı ilə bağlı məlumatın ABŞ Maliyyə Nazirliyinin ABŞ Xarici İnvestisiya Komitəsi ilə paylaşılmadığı bildirilib.

“New York Times”ın məlumatına görə, bölgədə Pentaqonun da istifadə etdiyi məlumat mərkəzini idarə edən Microsoft, keçən ilin oktyabrında komitə ilə əlaqə saxlayıb və MineOne-un fəaliyyəti ilə bağlı xəbərdarlıq edib.

Microsoft, mədən obyektinin "kəşfiyyat məlumatlarının toplanması üçün istifadə edilə biləcəyini" iddia edib. Hesabatda bildirilirdi ki, komitə araşdırma aparıb və bu obyektin milli təhlükəsizliyi təhdid etdiyi barədə qərar verib.

Rəsmi sənədlərə görə, MineOne şirkəti ABŞ-ın Delaver ştatında qeydiyyatdan keçib.

Çinin Bitcoin mədən şirkəti Bit Origin, 2022-ci ildə şirkətlə tərəfdaş olaraq hərbi bazanın yanında obyekt qurub. Xəbərdə Bitcoin mədən müəssisəsinin 2023-cü ilin əvvəlində fəaliyyətə başladığı bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
hafta.az

1Mənbələr