AZ

Qazaxıstan və Qırğızıstan sərhəddə ticarət-logistika kompleksi yaradacaq

Qazaxıstan və Qırğızıstan hakimiyyəti ölkələr arasında sərhəddə ticarət-logistika kompleksi yaratmaq niyyətindədir.

İqtisadiyyat.az xəbər verir ki, ikitərəfli sazişin ratifikasiyası ilə bağlı müvafiq qanun Qazaxıstan parlamentinin deputatları tərəfindən qəbul edilib

Məlumata görə, ötən ilin iyunun 9-da Karasu (Qazaxıstan) və Ak-Tilek (Qırğızıstan) yol keçid məntəqələri ərazisində sənaye ticarət və logistika kompleksinin yaradılması və fəaliyyətinin tənzimlənməsinə dair hökumətlərarası saziş imzalanıb. Saziş 25 il müddətinə bağlanır və avtomatik olaraq beş illik dövrlər üçün yenilənəcək.

Saziş iki dövlət arasında ticarət və logistika sektorunda biznesin aparılması üçün şəraiti yaxşılaşdıracaq və ikitərəfli əlaqələrin inkişafına töhfə verəcək.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
iqtisadiyyat.az

1Mənbələr