AZ

İranda hava çirklənməsi səbəbindən 26 min nəfər ölüb

Tədqiqata əsasən 2022-ci ildə 26 min nəfərdən artıq vətəndaş havanın çirkləndiyinə görə dünyasını dəyişib.

İranın Ətraf Mühitin Qorunması Təşkilatı Hava və İqlim üzrə Milli Mərkəzinin sədri Daryuş Güləlizadə bu barədə məlumat verib.

Onun bildirdiyinə görə İranın Səhiyyə Nazirliyi bu barədə araşdırma aparıb.

Müəyyən edilib ki, İranın 33 şəhərində 26 min nəfərdən artıq vətəndaş havada zəhərli və çirkləndirici zərrəciklərin oluğuna görə vaxtından əvvə vəfat edib və bu səbəbdən ölkədə yaranan maddi zərər 11.3 milyard dollar təşkil edir.

Ekspertlərin fikrincə böyük şəhərlərdə, o cümlədən Təbriz, Tehran, İsfahan və bu kimi böyük şəhərlərdə havanın çirkləndirilməsinə səbəblərdən biri elektrik stansiyalarının mazut yanacağı ilə fəaliyyət göstərməsidir.

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
visiontv.az

1Mənbələr