AZ

Putin Ukraynadakı münaqişənin həll yolunu AÇIQLADI  

“Biz Ukrayna ilə münaqişənin sülh yolu ilə hərtərəfli, davamlı və ədalətli həllini istəyirik. Ukrayna ilə bağlı dialoqa açığıq, lakin bu, bu münaqişədə iştirak edən bütün ölkələrin maraqlarını, o cümlədən bizim maraqlarımızı nəzərə alan danışıqlar olmalıdır”. 

Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Çinə səfəri ərəfəsində “Sinxua” agentliyinə müsahibəsində deyib. 

Onun sözlərinə görə, danışıqlar qlobal sabitlik, eləcə də təhlükəsizlik zəmanətləri məsələlərinə aid olmalıdır.  

Putin bildirib ki, təhlükəsizlik zəmanətlərinin etibarlılıq məsələsi potensial danışıqların əsas problemidir:  

“Əsas problem isə hər hansı təminatların etibarlılığıdır, çünki biz hakim dairələri beynəlxalq hüquqa deyil, “qaydalara əsaslanan nizam”a üstünlük verən dövlətlərlə işləyirik”. 
Qeyd edək ki, Putin mayın 16-da Çinə səfər edəcək. 

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
50
bizim.media

10Mənbələr