AZ

Ueyn Runi “Mançester Yunayted”in futbolçularını tənqid etdi

“Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi “qırmızı şeytanlar”ın zədəli futbolçuları ilə bağlı vəziyyətdən danışıb.

Arena.az xəbər verir ki, ingilis mütəxəssis komandanın cari mövsümdəki çıxışına da toxunub.

Runinin sözlərinə görə, “Mançester Yunayted”in bəzi oyunçuları oynaya bilərlər, amma AÇ-2024 yaxınlaşdığı üçün ümumi dsətəyə qayıtmağa tələsmirlər:

“Bu komandada çox yaxşı oyunçular var, amma onların çıxışları heç də lazımi səviyyədə deyil. Bir onların aldıqları xəsarətlərə baxın. Bu oyunçulardan bəziləri oynaya bilərlər. Yüz faiz. Qarşıda sizi Avropa çempionatı və İngiltərə Kubokunun finalı gözləyir.

Mən komandada olanda Devid Moyesin rəhbərliyi altında yeddinci yeri tutmuşduq. Bəli, xatırlayıram ki, Moyes nəhayət işini itirdi, amma o zaman da işlər bu qədər pis deyildi”, deyə Ueyn Runi vurğulayıb.

Xatırladaq ki, hazırda “Mançester Yunayted” tarixinin ən bərdab mövsümünü keçirir. Cari mövsümdə “qırmızı şeytanlar” yalnız İngiltərə Kubokunun finalına çıxmağı bacarıblar. Burada onları əzəli rəqib “Mançester Siti” ilə gərgin oyun gözləyir. Digər yarışlarda isə Erik ten Haqın komandası uğursuzluğa düçar olub. “Mançester Yunayted” UEFA Çempinlar Liqasını qrup sonuncusu olaraq tərk edib, İngiltərə Liqa Kubokunu əldən verib. Premyer Liqada isə 36 oyundan 54 xal toplamış “qırmızı şeytanlar” yarış cədvəlinin 8-ci pilləsində qərarlşıblar ki, bu da klub tarixinin ən uğursuz nəticəsi olmaqla yanaşı, heç avrokuboklara da vəsiqə vermir.

Xatırladaq ki, Runi 2004-2017-ci illərdə “Mançester Yunayted”in uğurları üçün çalışıb və bu komandanın heyətində çoxsaylı titullara sahib çıxıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
arena.az

1Mənbələr