AZ

“Sülh müqaviləsindən sonra Ermənistan Aİ-yə inteqrasiya edə bilər” – Avstriyalı ekspert – ÖZƏL

Ermənistan höküməti Avropa İttifaqına qoşulmağa hazır olduğunu bəyan edib. Bununla yanaşı, Azərbaycanla sülh prosesinə müsbət yanaşma bildirən İrəvanın Moskvadan sərt reaksiya alacağı gözlənilir. Bütün bunları nəzərə alsaq Cənubi Qafqazda hansı dəyişikliklərlə üzləşə bilərik?

“Ermənistan Aİ-yə yaxın vaxtda qoşulmayacaq. Ermənistan Kopenhagen kriteriyasını tamamlamaq üçün hələ hazır deyil”.

Bu fikirləri Ednews-a danışan avstriyalı siyasi ekspert Sebastiyan Şaeffer Rusiyanın bu məsələyə münasibətinin əhəmiyyətsiz olduğunu vurğulayıb:

kk.jpg

“Azərbaycanla konflikti sonlandırmaq İrəvan üçün Avropaya inteqrasiya yolu aça bilər. Bakı ilə sülh potensialını nəzərə alsaq, etnik azlıqların hüquqlarının qorunması və iki ölkələrin qarşılıqlı əməkdaşlığının təmin edilməsi vacibdir. Əgər Gürcüstan ittifaqa qoşulsa, Ermənistan da Aİ-yə qoşulmaq üçün perspektiv qazanır. Nə Brüssel, nə də İrəvan Moskvanın reaksiyası haqqında narahat olmamalıdır. Çünki, bu qərar suveren ölkələr arasında qəbul olunur. Rusiya, Ermənistanın müdafiəsinə xəyanət etmiş bir ölkə kimi bu məsələyə müdaxilə etməməlidir. 

Biz Kremlin hadisələr haqqında nə düşündüyü haqqında narahat olmalı deyilik. Ona görə ki, Putin Ukraynaya qarşı öz əməllərində nə rasional, nə də məsuliyyətlidir”.

Fərid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
ednews.net

1Mənbələr