AZ

“Baku Steel Construction”ın səhmdarları Müşahidə Sürasını yenidən seçəcək

İyunun 28-də, saat 15:00-da “Baku Steel Construction” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq səhmdar cəmiyyətin yerləşdiyi Bakı şəhəri, Binəqədi şosesi, 53 ünvanında olacaq.

Yığıncağın gündəliyinə səhmdar cəmiyyətinin Müşahidə Şurasının seçilməsi, müfəttişin seçilməsi, 2023-cü maliyyə ili üzrə maliyyə-təsərüffat fəaliyyətinin nəticələrinin təsdiqi və digər məsələlər daxildir.

Xatırladaq ki, “Baku Steel Construction” 1999-cu ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 4,512 milyon manatdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
report.az

1Mənbələr