Bakcell “F1 Star” Azərbaycanda ən sürətli fiber internetini təqdim edir
Bakcell
Azərbaycanda mövcud olan istənilən sürətdən daha sürətli yeni məhsulunu - "F1 Star" fiber internet paketini təqdim edir.
"Ölkənin ən sürətli mobil operatoru" şüarı ilə bütün ölkəyə bənzərsiz internet sürəti
təmin edən Bakcell, bu dəfə yeniliyi evlərə gətirir. Özündə mesh Wi-Fi ruterləri
birləşdirən məhsul, evin sahəsindən və
mərtəbəsindən asılı olmayaraq hər küncündə eyni yüksək sürət performansını
göstərəcək.
1 Gigabit
sürət imkanına malik F1 Star məhsulu 14 may 2024-cü il tarixindən etibarən
abunəçilərin ehtiyaclarını qarşılamaq üçün hazırlanmış müxtəlif planları ilə
satışa çıxarılıb. Bakcell-in təqdim etdiyi bu eksklüziv məhsul ilə abunəçilər
dəyərli anlarını kəsintisiz və sürətli ev interneti vasitəsilə yaşaya bilərlər.
"F1 Star-ın ən sürətli sabit internet olması ilə
yanaşı, Bakcell-in mükəmməlliyə, innovasiyaya və Azərbaycan xalqına sadiqliyini
təmsil edir. Hədəfimiz yeni məhsulla yanaşı, bütün Azərbaycan ərazisində,
xüsusən də Azərbaycan üçün olduqca önəmli və dəyərli anlarla zəngin olan
Qarabağda ən sürətli sabit şəbəkəni təmin edərək, dəyər təkliflərini
artırmaqdır. Yeniliklərimiz bununla bitmir, yaxın gələcəkdə abunəçilər üçün
faydalı bir neçə məhsul seriyası təqdim edəcəyik." deyə Bakcell-in Baş İcraçı Direktoru Klaus Müller
bildirib.
Şirkət
haqqında: Bakcell 3
milyondan çox abunəçini ölkənin ən sürətli mobil şəbəkəsi ilə təmin edir. Şirkət NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.