AZ

Dələduzlar vətəndaşları necə aldadır? - DİN-dən ÇAĞIRIŞ

Son zamanlar vətəndaşların əksəriyyəti kiber dələduzluğun qurbanı olurlar. Bu barədə aidiyyatı qurumlar tərəfindən də dəfələrlə xəbərdarlıqlar edilib.

 

Maraqlıdır, maliyyə dələduzluğu necə baş verir? Vətəndaşı necə talayırlar?

 

Bununla bağlı Sfera.az-a danışan Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev deyib ki, adətən dələduzlar sizə polisdən, vergidən, bankdan, sosial müdafiədən, sığortadan, məhkəmədən saxta e-poçt, SMS göndərməklə şəxsi məlumatlarınızı əldə etməyə çalışırlar:

 

“Həmçinin, sizi link keçidlərinə yönəltməyə cəhd edirlər. Bu hallar isə vətəndaşların məlumatlarını öyrənmək üçün fişinq texnikasıdır. Məsələn, “sağlamlıq sığortanızın son hesablamalarından sonra biz sizin kompensasiya almaq hüququna malik olduğunuzu müəyyən etdik. Təsdiqləmək üçün linkə klikləyin”.

 

Bu mesaj sizi e-poçt və ya SMS-də olan linkə klikləməklə bank kart məlumatlarınızı təqdim etməyə dəvət edir”.

 

Qurum rəsmisi hər kəsi ehtiyatlı olmağa səsləyib.

 

Günay

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
2
sfera.az

4Mənbələr