AZ

DƏHŞƏT! İmtahanda köçürməyə çalışan şagird müəllimini BIÇAQLADI

DƏHŞƏT! İmtahanda köçürməyə çalışan şagird müəllimini BIÇAQLADI

Türkiyənin Elazığ bölgəsində tükürpədən hadisə baş verib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, imtahan vaxtı köçürməyə yol verməyə çalışan şagird yanında gətirdiyi bıçaqla müəllimini ayağından yaralayıb. Hadisə baş verməzdən əvvəl müəllim imtahan kağızını əlindən almağa çalışıb.

Həmin vaxt şgird müəlliminin əlindən imtahan kağızını almağa çalışıb. Amma bu zaman yanında gətirdiyi bıçaq ilə müəlliminə xəsarət yetirib.

Xəbərdarlıqdan sonra hadisə yerinə 112 təcili tibbi yardım və polis briqadaları göndərilib. Hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra məktəb müəllimi yaralı vəziyyətdə təcili yardım maşını ilə şəhər xəstəxanasına aparılıb.

Həkmlərin müdaxiləsindən sonra yaralının vəziyyətininyaxşı olduğu öyrənilib. Faktla bağlı araşdırmalar davam edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
sonxeber.az

1Mənbələr