AZ

Çempionluq kuboku iki oyuna aparılacaq

İngiltərə Premyer Liqasının qalibinə çempionluq kuboku sonuncu turun oyunundan sonra veriləcək.

İdman.biz xəbər verir ki, yarışın təşkilatçıları çempionatın ənənəsinə sadiq qalacaq.

Premyer Liqanın qalibinin adına XXXVIII turda aydınlıq gələcək. 88 xala malik “Mançester Siti” “Vest Hem”i, iki xal geri qalan “Arsenal” “Everton”u qəbul edəcək.

Hər iki komandanın 1-ci yeri tutmaq şansı qaldığından Premyer Liqanın çempionluq kuboku iki matça da aparılacaq. Mükafatın orijinalı Mançesterdə olacaq. Londona isə kubokun replikası aparılacaq.

Qeyd edək ki, son turun matçları mayın 19-da keçiriləcək.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
1
idman.biz

2Mənbələr