AZ

Sabir Rüstəmxanlı BDU-nun tələbələri ilə görüşdü - FOTO

Bakı Dövlət Unveristetinin 105 illik yubileyi münasibəti ilə “BDU məzunları” layihəsi çərçivəsində Xalq Şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı ilə görüş keçirilib.


Bakupost.az xəbər verir ki, tədbiri yazıçı-publisist Məti Osmanoğlu şairin ”Sağ ol ana dilim” şeiri ilə açaraq BDU-nun rektoru Elçin Babayevə söz verib.


Rektor S.Rüstəmxanlı ilə görüşün tələbələr üçün böyük önəm kəsb etdiyini bildirərək dəvəti qəbul etdiyinə görə şairə təşəkkür edib.

Millət vəkili Sabir Rüstəmxanlı çıxış edərək tələbəlik illəri, universitet dövrü haqqında xatirələrin danışıb.

Tələbələrə gənclik illərindən, milli dava, ana dili uğrunda mübarizəsindən danışan Sabir bəy gənclik üçün yolunu düzgün müəyyənləşdirməsinin vacibliyini vurğulayıb.

Daha sonra millət vəkili tələbələrin suallarını cavablandırıb.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
167
bakupost.az

1Mənbələr