AZ

Bu gün Beynəlxalq Ailə Günüdür

 

Bu gün Beynəlxalq Ailə Günüdür. 


Missiya.Az xatırladır ki, BMT Baş Assambleyasının 20 sentyabr 1993-cü il tarixli qətnaməsinə əsasən 1994-cü ildən başlanaraq hər il may ayının 15-i dünyada Beynəlxalq Ailə günü kimi qeyd olunur. Azərbaycan isə bu ənənəyə 2008-ci ildən qoşulub.


Azərbaycan xalqı hər zaman ailə dəyərlərini, ailə ləyaqətini hər şeydən uca tutub, onun qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi üçün hər şey edib. 


Sağlam ailə həyat tərzinin təbliği ölkəmizdə əsas prioritetlərdən biri olub.


Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması da ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər bu məhfuma xüsusi önəm vermiş və ölkəmizdə ailələrin rifahının daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Heç təsadüfi deyil ki, bu gün də sözügedən siyasəti Prezidentimiz İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva davam etdirir. 


Onu da qeyd edək ki, Prezidenti İlham Əliyev 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb. Hazırda bu komitə dövlətin ailə siyasətini həyata keçirən bir qurum olaraq mövcud problemlər üzərində işləyir, onların həlli istiqamətində mühüm tədbirlər həyata keçirir və jurnalistlərin də ailə ilə bağlı mövzularda istənilən suallarını cavablamaqda aktiv qurum kimi fəaliyyət göstərir.


"Füyuzat" jurnalında yazıldığı kimi, ailə insanlıq tarixinin ilk müəssisəsidir. Nəsillər oradan boy atır,orada böyüyür. Xalqlar da gücünü, bütövlüyünü ailələrə bağlayır.  Bir sözlə, ailə hər şeydir. Ailəmizi qorumaq, valideyinlərimizin, övladlarımızın, yaxınlarımızın qayğısına qalmaq, onları sevmək, hörmət göstərmək bizim borcumuzdur. 


Biz də bu əvəzedilməz gün olan Beynəlxalq Ailə Günü münasibətilə oxucularımızı təbrik edir, onlara hüzurlu və xoşbəxt həyat arzu edirik.


Gününüz mübarək, əziz ailələr!

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
missiya.az

1Mənbələr