AZ

"Həkimlərimizi tanıyaq!" rubrikası regionlarda fəaliyyət göstərən peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edir!

Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikası paytaxtda və regionlarda fəaliyyət göstərən peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edir.
 
Rubrikada bu dəfə Ağstafa Rayon Mərkəzi Xəstəxanasının həkim-hematoloqu Ərəbova Elmira Cəbrayıl qızını oxuculara təqdim edəcəyik.
 
O, 1956-cı ildə Ağstafa rayonunun Dağkəsəmən kəndində anadan olub. 1976-1981-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsində təhsil alıb. Gəncə şəhər 3 nömrəli xəstəxanada internatura keçib.
 
Elmira Ərəbova 1983-cü ildə Qazax Rayon Mərkəzi Xəstəxanasının Daşkəsən həkim məntəqəsində təyinatı üzrə sahə həkimi kimi fəaliyyətə başlayıb. 1987-ci ildə Qazax Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində həkim-genetik işləyib. 1991-ci ildən Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində həkim-hematoloq vəzifəsində çalışır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
153
aztibb.az

1Mənbələr