AZ

İdxal və ixrac olunan elektrik enerjsinin həcmi artıb

 
2024-cü ilin yanvar-aprelində 62,2 milyon kVt·st elektrik enerjisi idxal olunub ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 20,8 milyon kVt·st çoxdur. Bu barədə Energetika Nazirliyi məlumat yayıb.
 
Hesabat dövründə ixrac olunan elektrik enerjisi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 358,5 milyon kVt·st artaraq 407,0 milyon kVt·st çatıb. 
 
Məlumata görə bir ayda 17,9 milyon kVt·st (39 milyon kVt·st çox) enerji idxal edilib, 48,5 milyon kVt·st (38,8 milyon kVt·st çox ) enerji ixrac edilib.
 
Ümumilikdə bir ayda (aprel) ölkə ərazisində 2 milyard 108,5 milyon kVt·st elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin apreli ilə müqayisədə 2 milyard 059,9 milyon kVt·st çoxdur. 
 
Aygün Mirakif

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
50
anews.az

10Mənbələr