AZ

“İsveç Ukraynaya qoşun göndərə bilər, əgər…”

“İsveç hazırda Ukraynaya şəxsi heyəti göndərməyi planlaşdırmır, lakin NATO müttəfiqləri təklif edərsə, bu variantı istisna etmir”.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Pol Yonson bildirib.

O qeyd edib ki, bu günə qədər bu məsələ ilə bağlı konkret təklif yoxdur. Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Ukraynaya sülh danışıqlarının başlaması ilə bağlı təklif səsləndirib. Bu arada rus qoşunlarının Xarkova hücumu səngiyib. Ukrayna isə Krımə bombalamaqda davam edir.

Xatırladaq ki, Fransa prezidenti Emanuel Makronun açıqlamalarından sonra bir çox Avropa ölkələri qoşunlarının Ukrayana göndəriləcəyi ehtimalından danışmağa başlaıb. Yalnız Almaniya bu barədə tələsik bəyanatlar verməkdən çəkinir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
konkret.az

1Mənbələr