AZ

Məğlubedilməzlər: Rodri dünya rekordunu təkrarlayıb

“Mançester Siti”nin futbolçusu Rodri futbol tarixinin rekordunu təkrarlayıb.

İdman.biz xəbər verir ki, bunu İFFHS açıqlayıb.

İngiltərə Premyer Liqasının “Tottenhem”lə səfər görüşü (2:0) ispaniyalı yarımmüdafiəçinin klubunda ardıcıl 73-cü məğlubiyyətsiz oyunu olub. O, klubunun heyətində son məğlubiyyətini 2023-cü il fevralın 12-də alıb.

Rodri “Milan”ın ötən əsrin 80-90-cı illərindəki əfsanəvi heyətinin iki futbolçusuna məxsus rekordu təkrarlayıb. Həmin vaxt Demetrio Albertini və Paolo Maldini ardıcıl 73 oyunda məğlubiyyətsizlik yaşayıb. Amma Rodri seriya müddətində daha çox qələbə qazanıb.

Qeyd edək ki, İFFHS-in cədvəlinə ən azı 55 matçlıq seriyaya malik 14 futbolçu daxil edilib.

1. Rodri (“Mançester Siti”) – 73
2. Demetrio Albertini (“Milan”) – 73
3. Paolo Maldini (“Milan”) – 73
4. Çarli Şou (“Seltik”) – 66
5. Yozef Dodds (“Seltik”) – 66
6. Alek Makneyr (“Seltik”) – 64
7. Con Brauninq (“Seltik”) – 63
8. Ceyms Makmenemi (“Seltik”) – 60
9. Sebastyano Rossi (“Milan”) - 59
10. Rikardo Karvalyo (“Çelsi”) – 58
11. Endryu Makati (“Seltik”) – 58
12. Viv Anderson (“Nottinhem Forest”) – 57
13. Alexandro Qirmaldo (“Benfika”, “Bayer”) – 55
14. Patsi Qallaher (“Seltik”) – 55

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
idman.biz

1Mənbələr