AZ

Diş çıxaran dərman insanlar üzərində sınaqdan keçirələcək

Yapon tədqiqatçıları apardıqları heyvan sınaqlarından sonra bu ildə Kyoto Universitet Xəstəxanasında dişləri bərpa edən dərmanın insanlar üzərində sınaqdan keçirməyi planlaşdırırlar. Sınaqların birinci mərhələsi sentyabr ayında başlayacaq və 30 yetkin insanın iştirakı ilə 2025-ci ilə qədər davam edəcək. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, növbəti mərhələdə dərman anadangəlmə diş çatışmazlığı olan iki yaşdan yeddi yaşa qədər olan uşaqlarda da sınaqdan keçiriləcək.

Yapon tədqiqatçı Katsu Takahashi yerli KİV-ə açıqlamasında bildirib: "Biz diş itkisindən əziyyət çəkənlərə kömək etmək üçün bir şey etmək istəyirik. Hal-hazırda qalıcı müalicəni təmin edən heç bir müalicə olmasa da, insanların diş böyüməsi ilə bağlı gözləntilərinin bu dərmandan yüksək olduğuna inanırıq".

Xatırladaq ki, 2021-ci ildə elm adamları siçanlarda əlavə dişlərin çıxmasına şərait yaradan dərmanı kəşf ediblər. Eyni genin deaktivasiyası və onun tənzimlədiyi zülalın istehsalının dayandırılması digər heyvanların itmiş və hətta əlavə dişlərinin böyüməyə başlamasına səbəb olmuşdur.

Heyvanlar üzərində aparılan klinik sınaqlardan və ciddi yan təsirlərin meydana gəlməməsindən sonra tədqiqatçılar dərmanların insanlarda istifadə üçün təhlükəsiz hesab edib və insanlarda (USAG-1)-i basdırmağa cəhd etməyə hazırlaşıblar.

Zərifə Nağıyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
50
unikal.az

10Mənbələr