AZ

Ucarda narkokuryerdən 2kq-dan artıq narkotik götürülüb

Ucarda narkokuryer saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş İlqar Gözəlov saxlanılıb.

Ondan 2 kiloqramdan artıq tiryək və marixuana aşkarlanıb. Araşdırmalarla zamanı İ.Gözəlovun maddi gəlir qarşılığında narkokuryerlik etdiyi müəyyən edilib.

Faktla bağlı Ucar RPŞ-də cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
174
23
sherg.az

8Mənbələr