AZ

Azərbaycanda qonşu ölkələrlə rəqəmsal fərq necədir?- TƏHLİL

Uzun illər gözlədiyimiz İKT sektorunun tənzimləyici qurumu, RİNN-in İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi bir neçə gün əvvəl növbəti absurd bir açıqlama yayıb.

Agentliyin rəhbərliyi Nokia və Huawei şirkətlərinin nümayəndələri ilə görüşüblər. Açıqlanan məlumatdan belə anlaşılır ki, İKTA rəhbərləri adı çəkilən qlobal şirkətlərlə mövcud internet şəbəkəsində olan modemlərin keyfiyyətini müzakirə ediblər.

News365.az xəbər verir ki, məsələ ilə bağlı danışan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bunları deyib:

Qurumun əsas arqumenti də bu olub ki, vətəndaşların şikayəti varmış. Vəssalam.

Tənzimləyici qurumun açıqlamasında başqa heç bir informasiya yoxdur.

İndi baxaq qonşu ölkələrin Nokia və Huawei ilə görüşləri haqqında məlumatlara :

1. Qazaxıstan

Bu ölkənin rəqəmsal inkişafa cavabdeh qurumun Huawei ilə 2-3 il öncəki görüşlərində 5G müzakirə olunurdu. Hazırda 5G şəbəkəsi qurulub.

2. Ermənistan

Ermənistanın rəqəmsal sektora cavabdeh qurumu xeyli müddətdir ki, Nokia ilə birgə 4G-nin modernizasiyası və 5G infrastrukturunun qurulması haqqında məlumatlar açıqlayırlar. Görünən odur ki, real işlərə başlayıblar

3. Gürcüstan

Açıqlanan məlumatlardan görsənir ki, Nokia ilə birgə memorandumları var, artıq 5G infrastukturunu mərkəzdə qurublar

4. Özbəkistan

Bu il açıqlayıblar ki, Nokia ilə birgə 5G infrastrukturunun qurulmasına start veriblər

Diqqət yetirdikdə görmək olur ki, son bir neçə ildə qonşu ölkələrin və bizim ölkənin rəqəmsal sektorun tənzimlənməsinə cavabdeh qurumların məhz bu sahə ilə əlaqəli açıqlamaları arasında kəskin RƏQƏMSAL BƏRABƏRSİZLİK var.

Bəzən belə fikirlər səslənir ki, bizim mobil operatorlar 5G -yə maraq göstərmirlər. Arqumentləri də budur ki, Azərbaycanda inkişaf yetərli deyil və böyük sürətlərə də ehtiyac yoxdur.

Anlamaq olmur, bəs necə olur ki, yuxarıda adı çəkilən ölkələrdə yeni texnologiyalara ehtiyac yaranır, bizdə yox.

Bizim operatorlar da hər gün İKTA-nın gözü qarşısında mövcud tarifləri addım-addım qaldırıb, xımır-xımır da fəaliyyətlərini davam etdirirlər.

Belə olan halda sual yaranır ki, onda İKTA nəyə lazımmış. Əgər bazar tənzimlənməyəcəksə, rəqabətli mühit formalaşmayacaqsa, yeni texnologiyaların bazara daxil olması üçün münbit şərait yaradılmayacaqsa onda İKTA-ya ehtiyac vardımı ?

Əgər İKTA mobil operatorlarla vuruşmaqda çətinlik çəkirsə dəstək verməyə də hazırıq

İhamə Qiyas, News365.az  


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
news365.az

1Mənbələr