AZ

İtaliyada bir mafiya bütünlüklə məhv edildi: 109 nəfər həbs olundu

Bir gün əvvəl İtaliya polisi Kalabriya mafiya təşkilatı “Ndrangheta”ya qarşı keçirdiyi reyd zamanı 109 şübhəlini saxlayıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, daha 20 nəfər ev dustaqlığına buraxılıb, 13 şübhəli barəsində isə digər qətimkan tədbirləri tətbiq edilib. Saxlanılanların əksəriyyəti İtaliyanın cənubundakı Kozenza şəhərindəndir.

Məlumata görə, iqtisadi cinayətlər üzrə ixtisaslaşmış polis əməkdaşları və müstəntiqlərdən ibarət qrup Kalabriya bölgəsindəki Catanzaro kommunasına göndərilib. Polisin məlumatına görə, əməliyyat zamanı İtaliya gömrük və maliyyə polisinin əməkdaşı da saxlanılıb.

“Ndrangheta” İtaliyada ən nüfuzlu müasir mafiya qruplarından biri hesab olunur. O, silah, insan alveri və narkotiklərlə məşğul olur və milyardlarla dollarlıq dövriyyəyə malikdir. 2016-cı ildə onun üzvləri 2012-ci ildə baş verən iki dağıdıcı zəlzələdən sonra İtaliyanın şimalında tikinti biznesi və daşınmaz əmlak əməliyyatlarında fırıldaqçılıqda ittiham olunurdular.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
konkret.az

1Mənbələr