AZ

"Mançester Yunayted"də baş məşqçi postuna yeni namizəd

"İpsviç"in baş məşqçisi Kieran Makkenna "Mançester Yunayted"in baş məşqçisi ola bilər.

90deqiqe.Az xəbər verir ki, bir neçə gün əvvəl Makkennanın agenti ilə “Mançester Yunayted” nümayəndələri arasında görüş olub.

Xatırladaq ki, 38 yaşlı Makkenna artıq “Mançester Yunayted”də çalışıb. 2016-2018-ci illərdə o, "Mançester Yunayted"in 18 yaşadək futbolçulardan ibarət komandasına başçılıq edib, 2018-2021-ci illərdə isə "Mançester Yunayted"in əsas komandasının məşqçilər korpusunun tərkibində olub.

Makkenna "İpsviç"i 20 ildən çox müddətdə ilk dəfə Premyer Liqaya yüksəldib. Sonuncu dəfə “traktorçular” İngiltərə yüksək divizionunda 2001/02 mövsümündə yarışıblar.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
90deqiqe.az

1Mənbələr