AZ

AKC-nin Təxirəsalınmaz kardiologiya işçi qrupu tərəfindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində təlim keçirilib

Azərbaycan Kardiologiya Cəmiyyətinin (AKC) Təxirəsalınmaz kardiologiya işçi qrupu Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində növbəti nəzəri təlim keçib.
 
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Aztibb.az-a bildirilib ki, qurumun Bakı şəhəri üzrə 15 təcili tibbi yardım həkimi təlimdə iştirak edib.
 
Təlimi giriş sözü ilə işçi qrupunun rəhbəri Yusif Ağayev açıb. O, AKC-nin müvafiq qrupunun yaradılması və fəaliyyət planı haqqında qısa məlumat verib.
 
Daha sonra isə AKC-nin müvafiq işçi qrupunun üzvləri Arzu Qurbanova, Könül Səfərova və Ruslan Bağıyev tərəfindən təlim keçirilib.
 
Sonda isə təlim iştirakçılarına sertifikatlar təqdim olunub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
1
aztibb.az

2Mənbələr