AZ

Lokal startapların beynəlxalq bazarlara çıxışı üçün dəstək verilir - Agentlik sədri

Bakı. Trend:

Lokal startapların beynəlxalq bazarlara çıxışı üçün İnnovasiyavə Rəqəmsal İnkişaf Agentliyi dəstək verir.

Trend xəbər verir ki, bunu Bakıda keçirilən Fintech Summit-dəRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya vəRəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyevə deyib.

“Lokal startapların beynəlxalq bazarlara çıxışı çox vacibdir.Bunun üçün biz müxtəlif beynəlxalq forumlarda bu startaplarıntəqdim edilməsi üçün şərait yaradırıq. Bəziləri uğurla istifadəedir”, - deyə o bildirib.

Onun sözlərinə görə, bu imkanlardan uğurla istifadə onlar üçünyeni bazarların açılması deməkdir.

“Bizim priotetlərdən biri fiziki infrastrukturdur. Bakıda vəregionlarda innovasiya mərkəzlərinin yaradılması və davamlı olmasıüzərində işləyirik. Bunun üçün özəl sektorla birgə işləyirik. Çünkidövlət dəstəyi qısa müddətdə olacaq, daha sonra özəl sektor bunabiznes kimi yanaşaraq, davamlı olmasını təmin edəcək. İlk mərhələdəGəncədə və Sumqayıtda belə mərkəzlərin yaradılması planlaşdırılır,daha sonra digər regionlara da keçid ediləcək”, - deyə obildirib.

Qeydə edək ki, 15-16 may 2024-cü il tarixində Bakıda “Bank vəMaliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex vəTəhlükəsizlik” adlı FİNTEX SAMMİT 2024 keçirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
155
3
az.trend.az

4Mənbələr