AZ

İlkin səhiyyə xidməti mütəxəssisləri beynəlxalq təlimə cəlb olunub 

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM), İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşkilatçılığı, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi ilə keçirilən təlim öz işini davam etdirir.
 
Nazirlikdən Aztibb.az-a bildirilib ki, “İİV/QİÇS-in diaqnostikası, müalicəsi və profilaktikasında müasir yanaşmalar” adlı növbəti təlimə ilkin səhiyyə xidməti mütəxəssisləri cəlb olunublar.
 
Tədbirdə ÜST-nin Avropa Regional ofisinin İİV Proqramları üzrə koordinatoru Vyaçeslav Grankovun, Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavinləri Səbinə Babazadə və Günəş Cəfərovanın, Mərkəzin psixoloqu Günel Bəbirovanın təqdimatları dinlənilib. İştirakçılara Azərbaycanda İİV/QİÇS-lə bağlı epidemioloji vəziyyət, epidemiyanın müasir aspektləri, İİV-in qarşısının alınmasında ÜST-nin tövsiyələri, stiqma və diskriminasiyaya qarşı mübarizəyə aid məlumatlar verilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
aztibb.az

1Mənbələr