AZ

DİM-in imtahanlarında sertifikat əldə etmiş şəxslərin nəzərinə!

Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda (dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi, PMS, doktorantura və s. ) uğur qazanaraq sertifikat almaq hüququ əldə etmiş və sertifikatı hazır olan şəxslər sertifikatlarını şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə Mərkəzin elektron imtahanlar korpusundan əldə edə bilərlər (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Süleyman Sani Axundov küçəsi 108, TÜRKPA-nın yanı).

 

AzEdu.az xəbər verir ki, sertifikatları hazır olan və bu vaxta kimi sertifikatı götürmək üçün info@dim.gov.az elektron poçtuna müraciət etmiş şəxslər də qeyd olunan ünvandan sertifikatlarını əldə edə bilərlər.

 

Qeyd edək ki, hər hansı bir imtahan nəticələri ilə bağlı sertifikatlar hazır olan kimi Mərkəzin saytında məlumat verilir. Namizədlər müvafiq elan verildikdən sonra sertifikatlarını göstərilən ünvandan götürə bilərlər.

 

Regionlarda yaşayan şəxslərin nəzərinə çatdırırıq ki, onlar sertifikatlarını DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Göyçay, Şəmkir, Şirvan, Bərdə və Xaçmaz Regional Bölmələrindən də ərizə ilə müraciət etdikdən sonra iki həftə ərzində əldə edə bilərlər.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
184
azedu.az

1Mənbələr