AZ

Yığmamızın Qızıl Avropa Liqası üçün heyəti açıqlanıb

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Qızıl Avropa Liqası üçün yekun heyəti bəlli olub.

İdman.biz xəbər verir ki, baş məşqçi Fərid Cəlalovun rəhbərliyi ilə yarışda çıxış edəcək yığmamıza təcrübəli oyunçularla yanaşı, gənclər də cəlb olunub.

Hücumçular: Vüqar Bayramov, Andrey Melnikov, Andrey Vasilenko, Cavid Əzimov, Yusif Bünyatov, Aslan Həmidov, Ruslan Əliyev
Blokçular: Elmin Alışanov, Mərdan Məmmədov, Emil Aşumov
Toppaylayıcılar: Roman Qurskiy, Əmirmehdi Ablou
Liberolar: Kənan Allahverdiyev, Nihad Qasımov

Komandamız mübarizəyə mayın 17-də start verəcək. 3 gün Azərbaycanda baş tutacaq ilk turda millimizin rəqibləri Rumıniya və Ukrayna yığmaları olacaq.

Mayın 24-dən 26-dək Belçikada keçiriləcək ikinci mərhələdə isə komandamız meydan sahibi ilə yanaşı, Şimali Makedoniya yığması ilə üz-üzə gələcək. Üçüncü mərhələ 31 may - 2 iyun tarixlərində Estoniyada baş tutacaq. Burada rəqiblərimiz ev sahibi və Lüksemburq olacaq.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
1
idman.biz

10Mənbələr