AZ

Saakaşvili Gürcüstan hakimiyyətini xarici agentlər haqqında qanuna görə tənqid edib » AzadMedia.az


Qalmaqallı qanun bir gün əvvəl respublika parlamenti tərəfindən qəbul edilib. Bununla paralel olaraq parlament binası yaxınlığında müxalifət liderlərinin də iştirak etdiyi bu qanuna etiraz aksiyası keçirilib.
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili sosial şəbəkələrdəki səhifələrində respublika hakimiyyətinin xarici agentlər haqqında səs-küylü qanun qəbul etmək istəyinə cavab verib.

O, qeyd edib ki, ölkənin hakim “Gürcü arzusu” partiyasının yaradıcısı olan milyarder Bidzina İvanişvili öz əməlləri ilə vətəndaşlara müharibə elan edib.

"Oliqarx gürcü xalqına müharibə elan edib. Xalq özünü müdafiə etməlidir, əks halda hamıya çatacaq. İrəli, Gürcüstan!" - keçmiş dövlət başçısı bildirib.

Xatırladaq ki, xarici agentlər haqqında qanun Gürcüstan parlamenti tərəfindən mayın 14-də üçüncü və yekun oxunuşda qəbul edilib. Ölkə prezidenti bu sənədə veto qoymaq niyyətindədir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
1
azadmedia.az

2Mənbələr