AZ

İsrail və HƏMAS arasında danışıqlar dalana dirənib –  Qətərin xarici işlər naziri

Qəzza zolağında atəşkəslə bağlı danışıqlar İsrailin Fələstindən didərgin düşmüş sakinlərin əksəriyyətinin sığındığı Rəfah əməliyyatı səbəbindən dayandırılıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə İsrail və Fələstinin HƏMAS hərəkatı arasında danışıqlarda vasitəçi kimi çıxış edən Qətərin hökumət başçısı, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani bildirib.

“Təəssüf ki, danışıqlar prosesi düzgün istiqamətdə getməyib. İndi demək olar ki, tam çıxılmaz vəziyyətdəyik. Təbii ki, Rəfahla baş verənlər bizi işdən geri çəkdi”, – Baş nazir Dohada keçirilən Qətər İqtisadi Forumunda deyib.

O, həmçinin bildirib ki, Qətər çətinliklərə baxmayaraq, Qəzza zolağında atəşkəs danışıqlarında İsrail və Fələstinin Həmas hərəkatı arasında vasitəçilik etməyə davam edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
veteninfo.az

1Mənbələr