Ermənistanın paytaxtı İrəvan şəhərinin meri Tiqran Avinyan Fransaya səfər edib.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, onun səfəri 4 gün davam edəcək.
Parisdə şəhər meri Ani Hidalqo ilə görüşün keçirilməsi və İl-de-Frans regionunun rəhbəri Valeri Pekreslə görüş Avinyanın planlarına daxildir.
Qeyd edək ki, İrəvanın sabiq meri Hayk Marutyan şəhər bələdiyyəsini və Ermənistan DİN-i məhkəməyə verib. O, meriya binasına daxil olmasının məhdudlaşdırılmasından şikayətçidir.