AZ

Zöhrə Ağamirova və Avropa çempionatının digər ulduzları – FOTO

Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatının startına bir həftə qalıb.

İdman.biz xəbər verir ki, Avropa Gimnastikası (EG) mayın 22-də başlayacaq yarışın ulduzlarını təqdim edib.

Çempionatın parlaq simaları arasında Azərbaycan millisinin gimnastı Zöhrə Ağamirova da yer alıb. Bu, qurumun mətbuat xidmətinin paylaşımında əksini tapıb: “Budapeştə kim hazırdır? Avropa çempionatında görə biləcəyimiz gimnastlar bunlardır”.

Macarıstanda 302 idmançı mübarizə aparacaq. Onlardan 203-ü böyüklər, 99-u yeniyetmələr arasında yarışacaq. Qrup hərəkətlərində 19 komanda çıxış edəcək.

Qeyd edək ki, Azərbaycan millisinin heyətində fərdi yarışlarda Zöhrə Ağamirova, Kamilə Seyidzadə və Alina Məmmədova yer alıb. Qrup hərəkətlərində Ləman Əlimuradova, Yelizaveta Luzan, Zeynəb Hümmətova, Güllü Ağalarzadə, Kamilə Əliyeva və Darya Sorokinadan ibarət komandamız çıxış edəcək. Yeniyetmələrin yarışına Gövhər İbrahimova, Şəms Ağahüseynova, İlahə Bahadırova və Fidan Qurbanlı sifariş olunublar.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
idman.biz

1Mənbələr