AZ

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 254 Bakı şəhəri, 13 may 2024-cü il

“Azərbaycan Respublikası vətən­daşlarının müdətli həqiqi hərbi xid­mətə çağırışı üzrə Mərkəzi Çağırış Ko­missiyasının tərkibi”nin və “2016-cı il iyulun 1-dən 30-dək müdətli həqiqi hərbi xidmətə çağırılan çağırışıçıla­rın say bölgüsü”nün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 14 iyun tarixli 229 nrəli.Qərarında dəyişik­lik edilməsi barədə

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 14 iyun tarixli 229 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1206 (Cild I) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Respublika­sı vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi”nin “Komissiyanın üzvləri:” hissəsində aşağıdakı dəyişiklik­lər edilsin: 

1. Beşinci abzasa “təhsil” sözündən əvvəl “elm və” sözləri əlavə edilsin.

2. Yeddinci-doqquzuncu abzaslar on birinci-on üçüncü abzaslar hesab edilsin və aşağıdakı məzmunda yeddinci-onun­cu abzaslar əlavə edilsin:

“Azərbaycan Respublikası xarici işlər nazirinin müavini 

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müa­vini

Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
xalqqazeti.az

1Mənbələr