AZ

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 252 Bakı şəhəri, 11 may 2024-cü il

“İdxalı və satışı əlavə dəyər vergi­sindən azad edilən mineral gübrələrin və pestisidlərin siyahısı”nın təsdiq edilməsi haqqında

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqın­da” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1033-VIQD nömrəli Qa­nununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 dekabr tarixli 2439 nömrəli Fərmanının 2.2.9-cu yarımbəndinin icra­sını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“İdxalı və satışı əlavə dəyər vergi­sindən azad edilən mineral gübrələrin və pestisidlərin siyahısı” təsdiq edilsin (əlavə olunur).

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
xalqqazeti.az

1Mənbələr