AZ

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 249 Bakı şəhəri, 11 may 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarix­li 12 nrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsə­dilə tibbi-sosial ekspertiza m・yinə­sinə gdərişlərin verilməsi Qayda­sı”nda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2020, № 1, maddə 69 (Cild l) ilə təsdiq edilmiş “Əlil­liyin qiymətləndirilməsi məqsədilə tib­bi-sosial ekspertiza müayinəsinə göndə­rişlərin verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1-ci bənddə “verilməsini” sözü “verilməsi ilə bağlı münasibətləri” sözləri ilə əvəz edilsin.

2. 1.2-ci bənddə “əlçatanlığı” sözü “şəffaflığının və əlçatanlığının təmin edil­məsi” sözləri ilə əvəz edilsin.

3. 1.2-1.4-cü bəndlərdə ismin müvafiq hallarında “İcbari Tibbi Sığorta üzrə Döv­lət Agentliyi” sözləri ismin müvafiq halla­rında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri ilə əvəz edilsin.

4. 1.5-ci bəndə “əsas” sözündən son­ra “şərtlər” sözü əlavə edilsin.

5. 1.5.2-ci yarımbənddə “əqli pozun­tuların və anatomik çatışmazlıqların, dər­manlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin” sözləri “bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin” sözləri ilə əvəz edilsin.

6. 1.5.3-cü yarımbəndə “xəstəliklərin” sözündən sonra “bu Qaydaya 2 nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla” sözləri əlavə edilsin.

7. 1.5.4-cü yarımbənddə “faizinin” sözü “dərəcəsinin” sözü ilə əvəz edilsin.

8. Aşağıdakı məzmunda 1.6-cı bənd əlavə edilsin:

“1.6. Bu Qaydanın 1.5-ci bəndində göstərilən əsas şərtlər mövcud olma­dıqda, habelə şəxs bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda zəruri diaqnostik müayinələrdən keçməkdən imtina etdikdə Komissiya göndəriş ver­məkdən imtina edir.”.

9. 2.3-cü bənddə “3 (üç) iş günü müd­dətindən gec olmayaraq” sözləri “dərhal” sözü ilə əvəz edilsin.

10. 2.4-cü bəndə “olduğu yerdə” söz­lərindən əvvəl “ölkə hüdudları daxilində” sözləri əlavə edilsin.

11. 2.5-ci bənddə “həmin gün” sözlə­ri “qərarın qəbul edildiyi gündən sonra 5 (beş) iş günü müddətindən gec olmaya­raq” sözləri ilə əvəz edilsin.

12. 2.8-ci bənddə “1.5-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, digər” sözləri “1.6-cı bəndində nəzərdə tutulan” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
xalqqazeti.az

1Mənbələr