AZ

Vaşinqton mövqeyini ortaya qoydu

“Xarici agentlər haqqında” "Qanun nəhayət qəbul olunarsa, Vaşinqton Gürcüstanla münasibətlərə “əsaslı şəkildə yenidən baxa” bilər.

"Cebhe.info" “Exo Kavkaza”-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirib.

“Gürcü xalqı bu qanunla bağlı öz fikrini küçələrdə etiraz aksiyası keçirərək bildirdi. Bu həftənin sonunda Gürcüstan tarixindəki ən böyük etiraz aksiyalarından bəzilərini gördük, on minlərlə dinc etirazçı, hədə-qorxu taktikalarından əl çəkmədən, öz hökumətlərini bu qanuna qarşı çıxmağa çağırıblar, çünki onlar Avro-Atlantik gələcək istəyirlər. Parlamentin nə edəcəyini görəcəyik, amma bu qanun qəbul olunarsa, bizi Gürcüstanla münasibətlərimizə əsaslı şəkildə yenidən baxmağa məcbur edəcək”, - o qeyd edib.

Gürcüstan parlamenti xarici agentlər haqqında “Rusiya qanunu" kimi tanınan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü və yekun oxunuşda qəbul edib. 84 deputat – hakim “Gürcü arzusu” partiyasının və onun peyklərinin üzvləri səs verib. Parlamentin 30 üzvü buna qarşı çıxıb.

Səsvermədən sonra qanun layihəsi imzalanmaq üçün prezidentə təqdim olunacaq. Dövlət başçısı Salome Zurabişvili artıq sənədə veto qoyacağını bəyan edib. Bununla belə, hakim partiya vetonu ləğv etmək niyyətindədir. Bunun üçün kifayət qədər deputat mandatı var.

Parlamentdə səsvermə iştirakçıların “Rusiya qanunlarına yox!” şüarları səsləndirdiyi etiraz aksiyası fonunda keçirilib. Gürcüstanın Tbilisi və digər şəhərlərində etiraz aksiyaları bir aya yaxındır ki, davam edir.

Xəzər

"Cebhe.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
cebheinfo.az

1Mənbələr