AZ

Bəzi taksilərin ömrünə az qalıb: "Vəziyyətdən çıxmaq üçün müxtəlif yollara əl atırlar" - VİDEO

Bəzi taksilərin ömrünə az qalıb: "Vəziyyətdən çıxmaq üçün müxtəlif yollara əl atırlar" - VİDEO

Bakıda taksilərin sayında azalma müşahidə olunur. Bunun səbəbi taksi fəaliyyəti ilə məşğul ola bilmək üçün qoyulan yeni tələblərdir. Yəni tələblər köhnə avtomobillərdən taksi kimi istifadəni mümkünsüzləşdirir. Tələblərə əməl etməyənlər yaxud əməl edə bilməyənlər isə taksi fəaliyyətini dayandırmağa məcburdurlar. Bu da onların ümumi sayına təsir göstərir.

Sonxeber.az xəbər verir ki, məsələ ilə bağlı "Apa TV" maraqlı süjet hazırlayıb:

"Dünyada bir şeyə tələbat çoxdursa onun qiymətini artırırlar. Bu qiymətlər ilə artıq taksi sərf eləməz".

Taksi xidməti göstərən şirkətlər tələblərə cavab verməyən avtomobilləri proqramdan kənarlaşdırırlar. Ekspertlər deyir ki, bu şəxslər vəziyyətdən çıxmaq üçün müxtəlif yollara əl atırlar:

"Bunun əsas səbəbi insanların bu proseslərə hazır olmamasıdır. Onların müəyyən dərəcədə istismar qaydalarını mənimsəyə bilməməsi, xüsusilə dövlətin əsas qoyduğu tələb-təkliflərə uyğun gəlməyən nəqliyyat vasitələrinin istismarı başlıca məsələlərdən biridir.

Sayın azalması təlabatın artmasına səbəb olur. Bu da öz növbəsində qiymət artımına gətirir.

Ətraflı "Apa TV"nin süjetində

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
sonxeber.az

1Mənbələr