AZ

"OpenAI” yeni “GPT-4o” süni intellekt modelini təqdim edib

Müəllif:Ayşən İmanova/Banco.az

Amerikanın “OpenAI” şirkəti real vaxt rejimində səs, təsvir və mətni təhlil edə bilən“GPT-4o” süni intellekt modelini təqdim edib.

Banco.az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilib.

Tərtibatçıların verdiyi məlumata  görə, “GPT-4o” modelinin adındakı "o" "omni" mənasını verir və “GPT-4o”nun multimodal olduğunu bildirən "hərtərəfli" kimi tərcümə olunur. Süni intellekt modeli şəkillər və mətn, həmçinin audio və səslə işləmək üçün təkmilləşdirilmiş imkanlara malikdir. Bundan əlavə, “GPT-4o” 128 min tokendən ibarət kontekst pəncərəsinə sahibdir.

Şirkətin texniki direktoru Mira Muratinin sözlərinə görə, “GPT-4o” səsə orta hesabla 320 millisaniyədə cavab verir ki, bu da söhbət zamanı insanın reaksiya müddəti ilə müqayisə oluna bilər. Yeni modelin 50 dildə sərbəst danışdığı bildirilir.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
banco.az

1Mənbələr