AZ

"Təhsildə Oyun Tətbiqləri Təhsili" layihəsi keçirilib - FOTO

6-10 may tarixlərində Türkiyə Cümhuriyyəti Təhsil Nazirliyi Təməl Təhsil Baş İdarəsi tərəfindən planlaşdırılan və Türk Əməkdaşlıq və Koordinasiya Ajansının (TİKA) əməkdaşlığı ilə həyata keçirilən "Təhsildə Oyun Tətbiqləri Təhsili" layihəsində Azərbaycan Respublikasının təhsil nümayəndəsi olaraq 9 nəfər iştirak etdik.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Lənkəran - Astara Regional Təhsil İdarəsi Cəlilabad Rayon Təhsil Sektoru nümayəndəsi Salmanova Xədicə deyib.

 

"Mən Salmanova Xədicə Mirqasım qızı Cəlilabad Şəhər Şəhid Kapitan R.Abdullayev adına 2 saylı tam orta məktəbin iptidai sinif müəllimi  Lənkəran-Astara Regional Təhsil İdarəsi  Cəlilabad Rayon Təhsil Sektoru tərəfindən həmin təlimdə iştirak etdim.

                    

Cəmiyyətdə milli-mənəvi dəyərlər haqqında məlumatlılığın artırılması, şagirdlərin  idraki, fiziki, sosial və emosional inkişafına töhfə vermək, onların təxəyyülünü inkişaf etdirmək və həssas şəxsiyyətlər yetişdirmək məqsədi ilə  Təməl Təhsil Baş idarəsi tərəfindən hazırlanmış "Üz-üzə 100 uşaq oyunu"  kitabçası həm müəllimlər üçün bələdçi rolunu oynayır,   həm də xüsusi oyunlar şəklində nəşr edilmiş, ehtiyacı olan şagirdlər üçün işarət dilində ifadəsi və tərcüməsi ilə əhatəli bir layihə olaraq həyata keçirilmişdir.

                    

İşinə 2023- cü ilin avqust ayında başlayan və 6ay kimi qısa müddətdə tamamlanan  bu layihə həm də  ,,Təhsildə Oyun Tətbiqləri Təlimi" layihəsinin əsasını təşkil edib. Türk dövlətləri ilə qohum toplumlar arasında mədəni qarşılıqlı əlaqələri artırmaq, ortaq uşaq oyunları vasitəsilə insanların eyni sivilizasiyaya və mədəniyyət dairəsinə mənsub olduqlarını dərk etmək, ən əsası isə bu oyunlardan təhsil və təlim prosesində alət kimi istifadə etmək, rəqəmsallaşan dünyada ənənəvi oyunları təsirli etmək üçün adı çəkilən yüz oyundan biri Türk Cümhuriyyətindəki oyunlarla paylaşılır, oxşar cəhətləri olanlar seçilib və 30 saatlıq təlim hazırlanmışdır. Təlim müddətində kəndirçəkmə, doqquz daş, tombik( 7şüşə), fırlanan top, çuval yarışı, manqala oyunu, şüur dəhlizi, isti kresslo kimi drama texnikalarının təhsildə tətbiqi nəzərdə tutulmuşdur.   


                  
Modulun birinci mərhələsində Azərbaycan və Türkmənistandan müxtəlif sahələr və təhsil səviyyələrində çalışan doqquz  müəllim Türkiyəyə təlim keçmək üçün dəvət olunub. Biz düşünürük ki, bu təlim həm mədəni köçürməni, həm də bütün türk dövlətlərində ənənəvi oyunların birləşdirici gücü ilə dövlətlərarası əlaqələrin gücləndirilməsini dəstəkləyəcəkdir.  

 

Təlim müddətində Türkiyə Təhsil Nazirinin müavini Celile Eren Ötken biz iştirakçıları ziyarət etdi,  dəyərli fikirlərini bizimlə  bölüşdü, oyunun təlimdə tətbiqinə aid təlimi müşahidə edib təlimdə iştirak etdi. Növbəti gün  Türkiyə Təhsil Nazirinin müavini Ömer Faruk Yelgenci biz iştirakçıları Təhsil Nazirliyində qəbul etdi, təhsillə bağlı dəyərli fikirlərini bizlərlə bölüşdü. Təlimin son günü TİKA-nın rəhbəri Sərkan Kayalar iştirakçılarla görüşdü və orada təlimi uğurla başa çatdırdığımız  üçün bizlərə  diplomlar təqdim olundu.  

 

Təlimin iştirakçısı olduğum üçün çox qürurluyam. Təlimdə iştirakımız üçün əməyi keçən hər kəsə öz təşəkkürümü bildirirəm", - o qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
3
modern.az

5Mənbələr