AZ

"Bu, karyeramın ən yaxşı mövsümüdür" - Ançelotti

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti İspaniya çempionatının 26-cı turunun matçında "Alaves" üzərində evdə qazandıqları qələbədən (5:0) sonra cari mövsüm haqda danışıb.

90deqiqe.Az xəbər verir ki, italyan mütəxəssis hazırkı mövsümü karyerasının ən yaxşı mövsümü olduğunu bildirib.

“Düşünürəm ki, bu, karyeramın ən yaxşı mövsümüdür. Komandamızın uğurunun böyük bir hissəsi hamını topsuz çox işləməyə məcbur etməkdir. Futbolçular isə bunu yaxşı bacarır”, - məşqçi mətbuat konfransında deyib.

Xatırladaq ki, “kral” klubu vaxtından əvvəl İspaniya çempionu olub. Çempionlar Liqasının finalında Madrid nəhəngi Dortmund "Borussiya"sı ilə qarşılaşacaq. Görüş iyunun 1-də “Uembli” stadionunda baş tutacaq.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
90deqiqe.az

1Mənbələr