AZ

“Mercedes” sürücüsünə mükafat verildi

“Mercedes” komandasının pilotu Corc Rassel avtoidmandakı nailiyyətlərə görə verilən nüfuzlu Lorenzo Bandini mükafatına layiq görülüb.

Bu il “Mercedes” Tarqa Floriodakı qələbəsinin 100-cü ildönümünü qeyd edir. Bu münasibətlə Corc Rassel yaxınlıqdakı Faenzadan Brisiqella kəndindəki mükafatlandırma mərasiminə 1924-cü ildə Tarqa Florioda qalib gəlmiş orijinal “Mercedes”i sürərək gedəcək.

“Mercedes-Benz”in avtoidmanda inanılmaz tarixi var. 2017-ci ildə komandaya qoşulduğumdan bəri komanda haqqında daha çox öyrəndim və Ştutqartdakı şirkət muzeyini ziyarət etməyə başladım.

Şirkət tarixinin ən əfsanəvi avtomobillərindən birinin sükanı arxasına keçmək fürsəti yarananda çox sevindim. 2 litrlik mühərrikli “Mercedes” Targa Floriodakı yarış avtomobilinin sükanı arxasına keçmək və 100 il əvvəl pilotların necə hisslər keçirdiklərini anlamaq məni həyəcanlandırı”, – deyə britaniyalı pilot bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
26
futbolinfo.az

10Mənbələr