AZ

vardiola "Mançester Siti"nin çempionluq şanslarından danışdı

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Tottenhem” üzərində səfər qələbəsindən (2:0) sonra komandasının Premyer Liqanın bu mövsümündə çempionluq titulunu qazanmaq şanslarından danışıb.

90deqiqe.Az xəbər verir ki, ispan çalışdırıcı hər şeyin öz əllərində olduğunu bildirib.

“Bir matç qalıb, hər şey öz əlimizdədir. Ancaq həlledici oyun həmişə ən çətin olur. Düşünürəm ki, “Vest Hem”lə qarşıdakı görüş də istisna olmayacaq. Hazırda mən sakitəm və bütün diqqətimi mübarizəyə yönəltmişəm”, - BBC ispan məşqçinin sözlərini yazır.

“Mançester Siti” Premyer Liqa cədvəlinin ikinci pilləsində qərarlaşan “Arsenal”ı iki xal qabaqlayır. Qarşıdan gələn həftəsonu ölkə çempionatında 38-ci turun oyunları baş tutacaq.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
1
90deqiqe.az

2Mənbələr