AZ

“Honda” satışların azalması fonunda Çində 1.7 min işçisini ixtisar edir

Yaponiyanın avtomobil istehsalçısı “Honda Motor” satışların azalması səbəbindən Çindəki istehsal sahəsindəki işçilərini ixtisar etmək qərarına gəlib. Yerli nəşr “Nikkei”nin verdiyi məlumata görə, ən azı 1.7 min işçi könüllü olaraq şirkəti tərk etməyə razılaşıb ki, bu da müəssisənin istehsal heyətinin 14%-ni təşkil edir.

“Nikkei” qeyd edir ki, 2024-cü ilin aprel ayında “Honda” avtomobillərinin Çində satışları 2023-cü ilin eyni dövrü ilə müqayisədə 22.2% azalıb. Çin bazarında satışların azalması digər yapon istehsalçıları tərəfindən də qeydə alınıb: “Toyota Motor” – 27.3%, “Nissan Motor” – 10.4%.

“Honda” 2024-cü maliyyə ilində Çində 1.06 milyon avtomobil satmağı planlaşdırır. Bu, əvvəlki maliyyə ilindən 13% və 2020-ci maliyyə ilinin rekord səviyyəsindən təxminən 40% aşağıdır. Satış problemləri fonunda “Honda” iyun ayında yerli zavodlarda iş saatlarını azaltmaq qərarına gəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
41
banker.az

10Mənbələr