AZ

Gürcüstan 3 yol ayrıcında

Gürcüstanda məluma “Rusiya qanunu” üçüncü oxunuşda qəbul olundu. Bu ehtirasları bir qədər də coşdurub. Etirazçı kütlə böyüyür, hakimiyyət təmsilçiləri aqressivləşir. Bunun nəticəsidir ki, artıq Tiflis küçələrində zorakılıq halları müşahidə olunur. 

Bu halın davam etməsi nə ilə nəticələnə bilər?

Mövcud durumda hadisələrin bir neçə inkişaf ehtimalı ola bilər. 

BİRİNCİ – Hakimiyyət geri çəkilir. Bunun üçün Prezidentin qanunu imzalamaması kifayət edir. Prezident qanunu imzalamaır və qanun qüvvəyə minmir.

İKİNCİSİ -  Tərəflər kompromisə gedur. Prezident veto qoyur. Qanuna yenidən baxılır və bəzi dəyişikliklər edilir. Ciddi redaksiyadan sonra qanun qəbul olunur. 

ÜÇÜNCÜSÜ – Hakimiyyət va-bank gedir. Qnun imzalanmır. Parlament Prezidentin başı üzərindən bu qanunun qüvvəyə minmə prosedurana keçir. Qanun qüvvəyə minir kütlə yenidən küçəyə çıxır...

Bütün bunlar mümkün ehtimallardır. Gürcüstan hakimiyyəti və Gürcüstan cəmiyyəti hansı yolla gedəcək demək çətindir. Amma bir şey aydındır. Gürcüstan vətəndaşları Rusiya vətəndaşları kimi yox, Avropa vətəndaşları kimi yaşamaq istəyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
herbiand.az

1Mənbələr