AZ

İsrail HƏMAS-ın qərargahını VURDU 

İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağındakı Nuseyrat düşərgəsindəki Fələstinli Qaçqınların Yaxın Şərqə Yardım və İşlətmə Agentliyinin binasında yerləşən HƏMAS-ın mərkəzi hərbi qərargahına dəqiq zərbə endirib.  Vətəninfo.az-ın “TASS”a istinadən verdiyi məlumata görə , İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti hücum nəticəsində 15-ə yaxın adamın həlak olduğunu, onlardan 10-unun radikal hərəkatın üzvü olduğunu bildirib.

“Kəşfiyyat məlumatlarına əsasən, İsrail Hərbi Hava Qüvvələri HƏMAS-ın mərkəzi hərbi qərargahının komanda qərargahına dəqiq zərbə endirib. Hava zərbələri nəticəsində Qəzza zolağında 15-ə yaxın terror təşkilatı yaraqlısı öldürülüb, onlardan 10-dan çoxu HƏMAS-ın üzvüdür”, – məlumatda deyilir.

İsrail ordusunun mətbuat xidməti qeyd edib ki, zərbə mülki əhaliyə dəyən zərəri minimuma endirmək üçün dəqiq idarə olunan hərbi sursatlardan istifadə edilməklə həyata keçirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
35
veteninfo.az

10Mənbələr