AZ

Metronun yeraltı piyada keçidində icarədarı döyən şəxslə bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Xalid Əsədovun (şərti) barəsindəki qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mübariz Əkbərovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, hadisə 02 noyabr 2023-cü il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Bakı Metropoliteninin “20 Yanvar” stansiyasının yeraltı piyada keçidində qeydə alınıb.

 

Belə ki, Xalid Əsədov əvvəllər tanımadığı zərərçəkmiş Mahir Qafarovun (şərti) icarə əsasında işlətdiyi qızıl-zinət əşyalarının satışı mağazasının qarşısında ictimai qaydanı kobud surətdə pozub. Sonra o, silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən xüsusilə qərəzli xuliqanlıq cinayəti törədib. Bununla bağlı ona Cinayət Məcəlləsinin (CM) 221.3-cü (xuliqanlıq) maddəsi üzrə ittiham irəli sürülüb.

 

İbtidai araşdırma orqanının ittiham aktı ilə təqsirləndirilən şəxsin CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Nəsimi Rayon Məhkəməsinin 01 aprel 2024-cü il tarixli qərarı ilə cinayət işinin baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınıb. Yasamal Rayon Məhkəməsinin isə 19 aprel 2024-cü il tarixli qərarı ilə cinayət işinə Nəsimi Rayon Məhkəməsində baxılmalı olması əsas gətirilməklə cinayət işi məhkəmələr arasında aidiyyətlə bağlı yaranmış fikir ayrılığının həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

 

İş materiallarını nəzərdən keçirib hesab edilib ki, Xalid Əsədovun CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Nəsimi Rayon Məhkəməsində baxılmalıdır və işi baxılması üçün aidiyyəti üzrə həmin məhkəməyə göndərilib.

 

Kamal Məmmədov

Tarix: 15 May 2024, 09:15   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
50
pravda.az

10Mənbələr